BolgeXeber.Com » BÖLGƏ TV » Daha bir qalmaqal: "Səni "Youtube"a verib "zvezda" edəcəm"

Daha bir qalmaqal: "Səni "Youtube"a verib "zvezda" edəcəm"

7-06-2014, 17:50
Oxunub: 4 008 Sosial şəbəkələrdə Yol Polisi ilə bağlı daha bir qalmaqallı video yayılıb.

Məlumata görə, görüntü Azərbaycanın rayonlarından birində lentə alınıb. Vətəndaş onu saxlayan yol polisi ilə mübahisə edir. Yol polisinin onun haqda "polisə tabe olmama" maddəsi ilə protokol tərtib edən yol polisi zabitinə etiraz edərək maşını saxladığını, ancaq sənədlərini ona təqdim etmədiyini bildirib.

Vətəndaş protokolun bu cür tərtib olunmasını istəyir. "Səni Youtube"a verib, "zvezda" edəcəm", deyə vətəndaş polisə bildirir. Yol Polisi isə vətəndaşa "əgər mənim protokolu yazmağımdan narazısınızsa onda yazın", - deyə bildirir.