BolgeXeber.Com » BÖLGƏ TV » Balaxanıda şəhidlərin abidəsini söküb yerini satırlar?

Balaxanıda şəhidlərin abidəsini söküb yerini satırlar?

11-10-2014, 12:50
Oxunub: 3 016 Balaxanıda Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanması etiraza səbəb olub

Bu etirazın sonu hasarın dağıdılması ilə bitib. Ərazidə şəhidlərin qohum və yaxınları ilə mühafizə xidmətinin əməkdaşları arasında qarşıdurma da yaşanıb. İcra nümayəndəliyi isə narahatlığa əsas görmür.

Şəhidlərin qohum və yaxınları Balaxanı qəsəbəsində Qarabağ şəhidlərinin xatirəsinə ucaldmış abidənin sökülməsinə etiraz əlaməti olaraq rayon icra nümayəndəliyi tərəfindən tikdirilən daş hasarları söküblər.
Səbəb isə birdir. Şəhid ailələri və yaxınları deyirlər ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində yerləşən bu parkın içindəki abidə onlar tərəfindən 1991-ci ildə salınıb. İndi qəsəbə nümayəndəliyi isə həmin yeri torpaq sahəsi kimi satlığa çıxarıb. Bu da azmış kimi abidənin arxa hissəsində kafe də tikdirəcəkmiş. Məhz buna görə də sözügedən parkı daş hasarla əhatəyə alıb ki, oranı uçurub yerində əyləncə mərkəzi və ya kafe tiksin.
Qarabağ şəhidlərini yaxınları onu da deyir ki, abidənin arxasında sanitar qovşaq tikilib ki, bu da şəhidlərə olan hörmətiszilikdir. Ancaq sonradan həmin sanitar qovşaq sökdürülüb. Balaxanı qəsəbəsində yaşamış 22 Qarabağ şəhidinin xatirəsinə ucaldılmış bu abidə həm də onların ziyarətgah yeri olub. İndi buranın sökdülürməsi şəhidərin yaxınlarının hiddətinə səbəb olub.
“Bura gəliblər və heç kimə də xəbər etmədən ərazini hasara alıblar. Orada kafe inşa edirlər, abidəni isə dağıdırlar. Deyirlər ki, bağın içində yer düzəldirik, abidəni ora köçürəcəyik. Niyə bağın içinə köçürürlər? Mən bir ana kimi öz balamı burada ziyarət edirəm” - şəhid anası Rəna Babayeva qeyd edib.
“Camaat bura parka istirahətə gəlir. Şəhidlərin yeri isə bura olmalıdır. Mənim də qardaşımım qəbri yoxdur. Gəlib buranı ziyarət edirəm. Buranı da bizə çox görürlər” – deyə şəhidin qardaşı Cavid Hüseynov dedi.
Buna etiraz edən şəhid ailələri ərazidə fəaliyyət göstərən mühafizə xidmətinin əməkdaşları ilə də mübahisə edib.
Asayişi qorumaq məqsədilə əraziyə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları cəlb edildi. ANS-in əməkdaşları deyilənlərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Balaxanı qəsəbə nümayəndəliyinə üz tutub.
Adıçəkilən qurumun nümayəndəsi Fərhad Qurbanov bildirib ki, sözügedən abidə sökdürülüb, elə həmin yerə yaxın parkın içində yeni mərmərlə təmin edilərək Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılacaq. Umumiyyətlə, indi abidənin yerləşdiyi ərazi də parkın ərazisinə qatılacaq.
“Gəlib baxanda adam utanırdı. İndiki Şəhidlər kompleksi bizim şəhidlərin ruhuna layiq deyil. Məsləhət görüldü ki, kompleks yenidən inşa edilsin. Hazırda kompleks tikilib, son tamamlama işləri gedir” - deyə icra nümayəndəsi Fərhad Qurbanov bildirdi.
İcra nümayəndəsi onu da bildirdi ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin arxasında sanitar qovşaq deyil, gözətçi otağı olub: "Odur ki, şəhid ailələrinin narahatlığına səbəb yoxdur. Artıq şəkillər çıxarılıb, yeni mərmər üzərində bir həftə sonra yeni park salınacaq ki, o da Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin ruhunu əbədiləşdirəcək".