BolgeXeber.Com » BÖLGƏ TV » Putinin korrupsiya sistemini ifşa edən klip çəkildi – Video

Putinin korrupsiya sistemini ifşa edən klip çəkildi – Video

6-02-2016, 10:43
Oxunub: 2 466 Putinin korrupsiya sistemini ifşa edən klip çəkildi – VideoPussy Riotun bu klipi Putinin ürəyincə olmayacaq

Rusiyada məşhur olan Pusi Riot (Pussy Riot) feminist pank-qrupu yeni klipini yayımlayıb. Klipin mövzusu Putinin əsas tənqidçilərindən biri olan Aleksey Navalnının hakimiyyətə qarşı irəli sürdüyü ittihamlardır. Pusi Riot klip üçün ad seçərkən Yuri Çaykanın ismindən istifadə edib.
Xatırladaq ki, bu qrup 2012-ci ilin mart ayında Xilaskar Məsih kilsəsində sanksiyalaşdırılmamış konsert keçirməklə Putin Rusiyasını silkələmişdi. O zaman qızların etiraz aksiyasının əsas hədəfi pravoslav kilsəsi idi – onlar Rusiyanın ən böyük dini hərəkatı ilə rüşvətxor Putin hökumətinin üzvləri arasında gizli sövdələşmə haqqında mahnı səsləndirşdilər. Bu dəfə isə onların hədəfinə 2006-cı ildə prezidentin baş prokuror vəzifəsinə təyin etdiyi Yuri Çaykadır.
Rusiya liderinin əsas tənqidçilərindən biri olan Aleksey Navalnı bu yaxınlarda Çaykanı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan oğlunu himayə etməkdə günahlandırıb. Korrupsiya iddialarının səsləndirildiyi sənədli film dekabr ayında 4,5 milyon seyrçi topladı. Bunu ciddiyə alan Pussi Riot Çaykanın dərhal istefasını tələb edən yeni mahnı hazırladı.
Bu qrupun bütün aksiyaları qeyri leqal şəkilddə təkil olunsa da, onun konsertlərində yeni yüksək keyfiyyətli video çəkilişdən istifadə edilir.
Pusi Riot ölkədə korrupsiya ilə mübarizə aparmalı olan qurumlardan birinin cinayət fəaliyyətinə bulaşmasını tənqid edir.
Bir müddət əvvəl, Kreml Çaykanın oğlu ilə bağlı korrupsiya ittihamının açılmasında maraqlı olduğunu bildirib və… məsələni araşdırmaq şəxsən Baş prokurorun özünə tapşırılıb.
Çayka Navalnı tərəfindən irəli sürülmüş bütün iddiaları təkzib edib və bütün bu işlərdə Qərb kəşfiyyat orqanlarının və Amerikalı biznesmen Villiam Brovderin əli olduğunu iddia edib. Əsas qəhrəmanı olduğu sənədli filmə cavab olaraq baş prokuror deyib: ”Mən Rusiyanı sevirəm, mən vətənpərvərəm”.
Çayka son dövrlər korrupsiyada ittiham olunan Rusiya təhlükəsizlik işçiləri arasında istifadə edilən ümumi sözlərdən yararlanmağa çalışıb. Elə bu da Pussi Riotun mahnısının nəqaratinə çevrilib.
Bastainfo.com