BolgeXeber.Com » BÖLGƏ TV » Astarada meşələrimiz necə qorunur? (VİDEO)

Astarada meşələrimiz necə qorunur? (VİDEO)

8-02-2016, 17:38
Oxunub: 2 717 Astarada meşələrimiz necə qorunur? (VİDEO)“Təbiəti necə qoruyaq?” adlı layihə paytaxtda və bölgələrdə davam edəcək. layihə təbiətin qorunub gələcək nəslə ötürülməsinə xidmət edir

Ağaclar həmişə insanın qoruyucusu və keşikçisi olub. Elə bu səbəbdəndir ki, meşələri çox vaxt obrazlı olaraq "təbiətin yaşıl donu" adlandırırlar. Lakin biz təbiətin yaraşığı, gözəlliyi olan ağacların qəsdinə durmuşuq. Bir həqiqəti də diqqətə çatdırmaq lazımdır ki, bu gün Azərbaycan “ağ ciyərlərimiz”in sıradan çıxmaması üçün real addımlar atır. Yeni start götürən “Təbiəti necə qoruyaq?” adlı layihəsi əsasında Astara rayonunda aparılan çəkiliş zamanı aydın oldu ki, burada meşə zolaqlarının qırılmasının qarşısı kifayət qədər alınır. Rayonun Meşə Mühafizəsi və Bərpası idarəsinin xüsusi nəzarət altında burada yeni növ ağaclar əkilir, yaşıllıq sahələri genişləndirilir. Bütün bunlar haqqında daha ətraflı isə idarənin baş meşəbəyisi Rüfət Mahmudov BTV-yə danışıb.
Qeyd edək ki, “Təbiəti necə qoruyaq?” adlı layihə paytaxtda və bölgələrdə davam edəcək. layihə təbiətin qorunub gələcək nəslə ötürülməsinə xidmət edir.