BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda hava ilə işləyən silah hazırlandı - VİDEO

Azərbaycanda hava ilə işləyən silah hazırlandı - VİDEO

30-01-2017, 12:40
Oxunub: 4 196 Azərbaycanda hava ilə işləyən silah hazırlandı - VİDEOXaçmaz sakini, 16 yaşlı yeniyetmə müxtəlif silah maketləri hazırlayır


Onlardan diqqət çəkəni isə hava ilə işləyən silahdır. Snayperə oxşayan silah plastik materiallardan hazırlanıb. Onun gülləsi 200 metr uçur.

Məktəbli hava ilə işləyən pnevmatik silah düzəldib.

Snayper formasında olan silah 50 metrdən təsiredici qüvvəyə malikdir.

Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Həmdulla Xəlilov müxtəlif silah maketləri hazırlayır. Onlardan diqqət çəkəni isə hava ilə işləyən bu silahdır. Snayperə oxşayan silah plastik materiallardan hazırlanıb. Onun gülləsi 200 metr uçur.

Hazırladığı maketləri təkmilləşdirməyə çalışan yeniyetmə bu istəyinə müəyyən qədər nail olub.

O hazırda Kalaşnikov avtomatı və pulemyotun maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında tullantı materiallardan istifadə edir. Maketlərin hissələri karton lövhələrdən və plastik materiallardan ibarətdir. O, yaxın gələcəkdə müxtəlif funksiyaları olan silah maketləri hazırlamaq niyyətindədir.