BolgeXeber.Com » Dünya » Türkiyə ordusu yerüstü əməliyyatlara başladı

Türkiyə ordusu yerüstü əməliyyatlara başladı

22-10-2011, 13:20
Oxunub: 5 499 Ordu birləşmələri bu gecə Türkiyə-İraq-İran üçbucağında yerləşən Nazdərə bölgəsinə daxil olub


Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının düşərgələrini məhv etmək üçün İraq ərazisində əməliyyatı davam etdirir. Bolgexeber.com-un məlumatına görə, 15 min canlı qüvvəni İraq sərhədinə cəmləşdirən ordu rəhbərliyi artıq terrorçuların sığındığı bölgələrdə quru əməliyyatlarına başlayıb.

Şimali İraqdakı yerli rəsmi qurumlar Türkiyə ordusunun bu gecə Türkiyə, İran və İraq üçbucağında yerləşən Hakurkun Nazdarə adlanan ərazisində yerüstü əməliyyata başladığını açıqlayıblar. Hələlik İraq ərazisində ordu birləşmələri ilə terrorçular arasında atışma qeydə alınmayıb. Hazırda İraq sərhədindəki Uludərə, Çukurca və Şemdinliyə əlavə hərbi birləşmələr cəmləşdirilir. Ordu terrorçuların düşərgələrinə havadan zərbələr endirməyi davam etdirir. Dünən və bu gecə Diyardəkirdəki hərbi bazadan havaya qalxan təyyarələr Şimali İraqdan İrana qədər uzanan Zagros dağ silsiləsində PKK düşərgələrini aramsız bombardman ediblər. Bundan başqa irimiqyaslı əməliyyat ərəfəsində pilotsuz təyyarələr terrorçuların düşərgələri üzərində kəşfiyyat uçuşları həyata keçirir. Şimali İraqdakı yerli idarəetmə orqanları yerüstü və havadan həyata keçiriləcək hərbi əməliyyatla bağlı məlumatlandırılıb, bu səbəbdən yerli orqanları Türkiyə ilə sərhəddə yerləşən kəndlərdən əhalini çıxarmağa başlayıblar.