BolgeXeber.Com » Dünya » Aşura İranda

Aşura İranda

6-12-2011, 12:10
Oxunub: 5 677 Tehranda matəm mərasimlərinə minlərlə adam qatılıb

İslam dünyasının dörd-bir yanında müsəlmanlar Kərbəla şəhidləri üçün anma mərasimləri keçirir. İranın paytaxtı Tehranda da minlərlə şiə Məhəmməd Peyğəmbərin (S.Ə.S.)nəvəsi Həzrəti Hüseyn və 72 nəfərin şəhid olmasının ildönümündə anma və matəm mərasimlərində iştirak edib.

Məhərrəm ayının 10-cu günü qeyd edilən Aşura günündən bir gün əvvəl tutulan, Tasua adı verilən matəm orucu tutulub. Axşam azanı oxunduqdan sonra məscidlərə üz tutan şiələr Kərbəla şəhidlərinin çəkdikləri əziyyət naminə zəncirlə bellərinə, əlləri ilə sinələrinə vuraraq, yas tutublar. Hamının qara libas geyindiyi matəm mərasimlərində müsəlmanlar Həzrəti Hüseyn və yaxınları üçün göz yaşı töküb, ağılar söyləyiblər.