BolgeXeber.Com » Dünya » İraqda Aşura günü öldürülən şilə dindarların sayı artdı

İraqda Aşura günü öldürülən şilə dindarların sayı artdı

6-12-2011, 12:15
Oxunub: 4 748
Seriya terror aktı nəticəsində 33 nəfər ölüb, 101 nəfər yaralanıb

Tasua axşamı İraqda bir neçə terror aktı törədilib. Partlayışlar nəticəsində 33 şiə dindarı ölüb, 101 nəfər yaralanıb. Ən böyük terror aktı Nil bölgəsində, Bağdad yaxınlığındakı Hillə şəhərində törədilib. Burada dini mərasimin keçirildiyi yerin yaxınlığında avtomobil partladılıb, əksəriyyəti qadın və uşaqlar olmaqla, 16 nəfər ölüb, 45 nəfər yaralanıb.

İkinci terror aktı yol kənarında iki partlayıcı qurğunun işə salınması şəklində həyata keçirilib. Bu zaman 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Paytaxt Bağdadda törədilmiş partlayışda isə 11 nəfər ölüb, 38 nəfər yaralanıb. Partlayışların hamısı şiə müsəlmanları Aşura ilə bağlı dini mərasimlər keçirərkən baş verib. Yaxınlıqdakı binalara ciddi ziyan dəyib. Partlayışlara görə məsuliyyəti hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.