BolgeXeber.Com » Dünya » Məşhur rus blogger həbs edildi

Məşhur rus blogger həbs edildi

6-12-2011, 18:55
Oxunub: 4 427 Rusiyada parlament seçkilərindəki saxtakarlığa etiraz edən Putin əleyhdarı olan məşhur siyasi fəal həbs olunub.

Bolgexeber.com-un “Euronews”-a istinadən verdiyi xəbərə görə, Aleksey Navalni və həbs edilən digər fəallar polisin göstərişinə əməl etmədiklərinə görə, onları 15 gün həbs cəzası gözləyir.
Onun vəkili həbsi qeyri-qanuni adlandırıb: “Hər bir vətəndaşın həbs edilən zaman vəkilindən kömək istəmək hüququ var. Həbs dünən axşam 8:30 – 9 radələrində baş verib. Ancaq o vaxtdan bəri, mənə onu görməyə icaz vermirlər” – Vadim Obsev bildirib.
Navalni Rusiyada korrupsiya əleyhinə təşviqat kampaniyası aparan məşhur bloggerdir.