BolgeXeber.Com » Dünya » 16 min nəfərə amnistiya verilir

16 min nəfərə amnistiya verilir

7-12-2011, 14:25
Oxunub: 4 915 Qazaxıstanda dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar amnistiya verilib.

Parlamentinin yuxarı palatasında qəbul edilən amnistiya 16 min nəfərə şamil olunacaq.

“Media forum” saytının məlumatına görə, Qazaxıstanın ədliyyə naziri Rəşid Tusupbekov deyib ki, amnistiyaya əsasən təqaüdçülər, əlillər, azyaşlı uşaqları olan qadınlar və yüngül cinayət törətmiş şəxslər düşəcək.

Amnistiya nəticəsində 2 min nəfərə yaxın dustaq həbsdən azad olunacaq, qalanlarının isə cəza müddəti azaldılacaq.

Qazaxıstanda 55 min məhkumun olduğu bildirilir. Hazırkı amnistiya Qazaxıstanda sayca 7-cidir.