BolgeXeber.Com » Dünya » ABŞ cinsi azlıqlara "ögey münasibət" göstərən ölkələri cəzalandıracaq

ABŞ cinsi azlıqlara "ögey münasibət" göstərən ölkələri cəzalandıracaq

7-12-2011, 14:50
Oxunub: 4 781 ABŞ bütün dünyada seksual azlıqlara münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə aparmaq niyyətindədir.

Bolgexeber.com-un "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, bundan sonra geylərə və lesbiyanlara qarşı ayrı-seçkiliyin olduğu, onların hüquqlarının tapdandığı ölkələrə ABŞ-ın maddi yardımının məbləği azaldılacaq.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib ki, seksual orientasiyaya görə ayrı-seçkilik Vaşinqton tərəfindən insan haqlarının pozulması kimi qiymətləndirilir.