BolgeXeber.Com » Dünya » Baytar inəyin qarnından şlanqla çıxardığı qazı yandırdı (VİDEO)

Baytar inəyin qarnından şlanqla çıxardığı qazı yandırdı (VİDEO)

8-12-2011, 10:20
Oxunub: 5 411 Daha sonra inəyin qarnını dedektorla yoxlayan baytar maqnitlə inəyin qarnından bir neçə ədəd mıx və məftil parçaları çıxarıb

Türkiyədə baytar xəstə inəyi qeyri-adi üsulla sağaldıb. Muş vilayətinin Sungu ərazisində baytar inəyin qarnında yığılan və heyvana əziyyət verən metan qazını şlanqla çıxarıb. Şlanqın bir ucunu inəyin mədəsinə salan baytar, ətrafda olanlara qazı göstərmək üçün şlanqın bayırda olan ucunu alışqanla yandırıb. Həkim heyvanın xarab yem yediyi və soyuqda qaldığı üçün qarnına metan qazı yığıldığını bildirib.

Daha sonra inəyin qarnını dedektorla yoxlayan baytar maqnit salaraq inəyin qarnından bir neçə ədəd mıx və məftil parçaları çıxarıb. Məlumata görə, bu əməliyyatlardan sonra inək qısa vaxt ərzində yaxşılaşıb.


[youtube]http://www.youtube.com/watch?v=-Nzkvu1piHg&feature=player_embedded[/youtube]