BolgeXeber.Com » Dünya » Meksikada güclü zəlzələ olub

Meksikada güclü zəlzələ olub

11-12-2011, 10:40
Oxunub: 5 272 Hadisə nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb

Ötən gün Meksikada güclü zəlzələ olub. Bolgexeber.com-un Reutres-ə istinadən verdiyi məlumata görə, hadisə Herrero ştatının İquala şəhərində baş verib. 6,7 bal gücündə olan zəlzələ bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnib. Ölən və yaralanan şəxslər evin damının aşması nəticəsində zəlzələ qurbanı olublar.

Qeyd edək ki, zəlzələ eləcə də ölən və yaralananlar haqda Meksika prezidenti Felipe Kalderon da Twitter-dəki səhifəsində yazıb.

RİA Novosti-nin əməkdaşı Meksikadan zəlzələ zamanı güclü təkanların hiss olunduğunu və insanların panikaya düşdüyünü bildirib. Minlərlə insan küçələrə axışıb, şəhərdə elektrik enerjisi kəsilib. Bir çox yerlər hələ də işıqsızdır.