BolgeXeber.Com » Dünya » Nobel mükafatını kimlər aldı? (Siyahı+Video)

Nobel mükafatını kimlər aldı? (Siyahı+Video)

11-12-2011, 12:30
Oxunub: 5 734 Stokholmda 2011-ci ilin ədəbiyyat, tibb, fizika, kimya və iqtisadiyyat sahələri üzrə Nobel mükafatlarının təqdimat mərasimi keçirilib.

Osloda isə Nobel sülh mükafatı sahiblərinə təqdim olunub. Ədəbiyyat, tibb, fizika, kimya və iqtisadiyyat sahələri üzrə mükafatlar İsveç paytaxtının Konsert zalında keçirilib. Laureatlar diplom, medal və verilən pul mükafatını İsveç kralı Karl XVI Qustavdan alıblar. Bu il hər nominasiya üzrə Nobel mükafatının məbləği 10 milyon İsveç kronu (1,1 milyon avro) təşkil edib. Mükafatlar aşağıdakı şəxslərə təqdim olunub:

- Fizika: Sol Perlmutter (ABŞ), Brayan Şmidt (Avstraliya) və Adam Ris (ABŞ);
- Kimya: Dan Şextman (İsrail);
- İqtisadiyyat: Tomas Sarcent və Kristofer Simz (hər ikisi ABŞ);
- Ədəbiyyat: Tomas Transtremer (İsveç);
- Tibb: Bryus Betler (ABŞ), Jül Hoffmann (Fransa), dünyasını dəyişmiş - Ralf Steynmanın (Kanada) mükafatını həyat yoldaşı alıb.

Mükafatlandırma mərasimindən sonra laureatların şərəfinə ziyafət verilb. Ziyafətə təxminən 1400 adam dəvət olunub.

Osloda isə Nobel sülh mükafatının təqdimat mərasimi keçirilib. Mükafat qadınların hüquqları uğrunda mübarizə aparan üç nəfər - Liberiya prezidenti Elen Conson-Serlif, onun həmvətəni Leyma Qbove və yəmənli fəal Təvəkkül Kərman arasında bölüşdürülüb.