BolgeXeber.Com » Dünya » 1,5 milyon dollarlıq üzüyü ayaqyolunda unutdular

1,5 milyon dollarlıq üzüyü ayaqyolunda unutdular

19-01-2012, 01:30
Oxunub: 5 306 İsveçin məşhur “Chopard” zinət firmasının vitse-prezidenti Karolina Qruozi-Şoyfele 1 milyon 570 min dollar dəyərində olan üzüyünü itirib

Karolina Qruozi-Şoyfele bu qiymətli üzüyü Honkonqda “Chopard” firmasının filialının açılışı münasibəti ilə “Four Seasons” otelində keçirilən mərasim zamanı otelin tualetində unudub.

Üzüyü tualetə qoyduğunu yaddan çıxaran Karolina Qruozi-Şoyfele 7 dəqiqə sonra üzüyünün arxasınca tualetə qayıtsa da, dəyərli əşyası qoyduğu yerdə olmayıb.

Qeyd edək ki, üzərində 16,83 karatlıq nadir zümrüd, 1,15 və 1,28 karatlıq iki brilyant daşı olan qiymətli üzük 674 kiçik brilyant qaşla bəzədilib. Karolina Qruozi-Şoyfele üzüyü keçən il sentyabrın 8-də itirsə də, bu, indi üzə çıxıb. Ancaq hadisə baş verəndən sonra Honkonq polisi üzüyü tapan şəxsə 64 min dollar mükafat veriləcəyini bəyan edib.