BolgeXeber.Com » Dünya » “Windows 10" istifadəyə verildi – Rəsmi

“Windows 10" istifadəyə verildi – Rəsmi

30-07-2015, 11:58
Oxunub: 2 884 “Windows 10" istifadəyə verildi – RəsmiBu gün səhər saatlarında dünyada yeni "Windows 10" əməliyyat sisteminin satışına başlanılıb

Bu barədə "Microsoft" şirkəti məlumat yayıb.

"Windows 7" və "Windows 8.1" sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan "Windows 10"nun bazara sonradan çıxarılacağı gözlənilir.

Korporativ versiyalarda - "Windows 7" , "Windows 8/8.1" və "Windows RT/RT 8.1"-də isə yenilənmələr ödənişlidir.

"Microsoft"un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, "Windows 10"-da əvvəlki "Start" menyusu yenidən yer alacaq və "Cortana" səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsilə idarə etmək mümkün olacaq. "Cortana" həmçinin istifadəçinin "Windows" sistemli müxtəlif qurğularda işi bərpa etməsinə imkan verəcək. "Windows Hello" biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan yaradacaq. Yeni platformada daha bir yenilik isə "Office 2016" ofis əlavəsi və "Microsoft Edge" brauzerinin quraşdırılmasıdır.
axar.az