BolgeXeber.Com » Dünya » Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTO

Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTO

5-08-2015, 11:00
Oxunub: 3 130 Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTOO, bıçaqla əməliyyatçılara hücum edib

Vladimirsk vilayətinin Kovrov şəhərində Oleq Belov saxlanılıb, o, səkkiz nəfərin – altı uşağın, uşaqların anasının və Qoroxovets şəhərində öz anasının qətlində şübhəli bilinir.

Oxu.Az bu barədə Lifenews-a istinadən xəbər verir.

“Rusiya İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə səyləri nəticəsində altı uşağın qətlində şübhəli bilinən Oleq Belov saxlanılıb. Hal-hazırda onunla istintaq əməliyyatları aparılır”, - RİK-in rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

DİN əməkdaşları Kovrov şəhərində Mayakovski küçəsində xüsusi əməliyyat keçiriblər. Şübhəli bir neçə saat ərzində hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altında olub. Küçədə olan insanları təhlükəyə atmamaq üçün onu getdiyi məkanda saxlayıblar.

Amma polislər təyin edilən yerə gəldikdə, şübhəli sərt müqavimət göstərib və əməliyyatçıların üzərinə bıçaqla atılıb. Cinayətkarı zərərsizləşdirmək üçün əməliyyatçılar tabel silahını tətbiq etməli olublar. LifeNews-un məlumatına əsasən şübhəli qarın nahiyəsindən aldığı yara ilə tibbi müəssisəyə gətirilib. Həkimlər uşaq qatili olan atanın həyatını xilas ediblər.

Yaxın zamanlarda hüquq-mühafizə orqanı əməkdaşları saxlanılan şəxsin dərketmə səviyyəsini və bu dəhşətli qətlin səbəblərini müəyyənləşdirmək niyyətindədirlər. Hələlik Oleq Belovun təqsiri sübut edilməyib, amma elə birinci dindirilmə hər şeyi aşkara çıxara bilər.

Nijni Novqorodda altı uşağın qanlı qətli barədə avqustun 4-də məlum olub. İyulun 25-dən uşaqlar bağçaya gəlməyiblər. Yaşayış yeri üzrə yoxlama zamanı qapını heç kim açmayıb. Mənzildə uşaqların politelin torbalara yığılmış qalıqları tapılıb.
Bolgexeber.com
Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTO
Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTO
Rusiyada altı uşaq və ananın qatili saxlanıldı - FOTO