BolgeXeber.Com » Dünya » Bu ölkəyə köçsəniz sizə avtomobil-villa və 5 min avro verəcəklər

Bu ölkəyə köçsəniz sizə avtomobil-villa və 5 min avro verəcəklər

10-08-2015, 19:04
Oxunub: 3 099 Bu ölkəyə köçsəniz sizə avtomobil-villa və 5 min avro verəcəklərMüraciət üçün sadəcə bir formanı doldurmaq kifayət edər

Son dövrlər Danimarkanın əyalətlərindən böyük şəhərlərə miqrasiya axınının güclənməsi yerli bələdiyyələri qabaqlayıcı tədbirlər görməyə sövq edib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, artıq belə bələdiyyələrdən biri – Trekronor şəhər bələdiyyəsi bu istiqamətdə Danimarkaya köçmək istəyənlərə xeyli güzəştlər nəzərdə tutan təkliflər paketini açıqlayıb. Şəhər bələdiyyəsi bəyan edib ki, bundan sonra yaşamaq üçün Trekronara köç etmək istəyən ilk ikiuşaqlı ailələrə 100 kvadrat metr böyüklüyündə olan villa veriləcək və 4 ay müddətində həmin villanın kirayəsi alınmayacaq. Bununla yanaşı, həmin ailələrə “Peugeot 308” avtomobili də hədiyyə ediləcək.

Bu faktı şəhər miqrasiya idarəsinin rəsmisi Anne Nöhr Ringgren də təsdiqləyib: “Hər şeydən əvvəl, şəhərimizə uşaqlı ailələrin miqrasiya etmələri üçün 4 aylıq sınaq müddətində bütün xərcləri öz öhdəmizə götürdük. Ev və avtomobillər hazırdır. Müraciət edən ilk iki ailəyə bu imkanları verəcəyik. Görək, faydası olacaqmı? Bizim bir atalar sözümüz var: “Yaxşı insan əyalətdə yetişir”. Trekroner bölgəsi ticarət etmək və yaşamaq üçün ən yaxşı regiondur. İnsanların bu çağırışımıza qoşulacaqlarına inanırıq. Gələn ailələrə, təxminən, 5 min avro dəyərində yardım ediləcək. Müraciət üçün sadəcə bir formanı doldurmaq kifayət edər”.
Bolgexeber.com