BolgeXeber.Com » Dünya » Yalançılar belə ifşa olunur

Yalançılar belə ifşa olunur

17-09-2015, 10:46
Oxunub: 3 084 Yalançılar belə ifşa olunur Dik durmamaq, baxışlarını aşağı salmaq və ya əli ilə alnına toxunmaq utancın göstəricisidir

Hər gün yalan danışan insanlarla qarşılaşırıq. Bəzən özümüzün də kiməsə yalan dediyi vaxtlar olur. El arasında deyirlər ki, “yalanın ömrü 40 gün çəkir”. Amma bədən dilini bilmək kifayətdir ki, həmin yalanı deyildiyi anda üzə çıxara biləsiniz. Ünsiyyətdə bədən dili 60%, intonasiya 30%, sözlər isə 10%-lik təsirə malikdir. Bədən dili yalan danışan insanı ələ verə bilir. Aparılan araşdırmalara görə, yalan danışan insanlar bir çox ortaq xüsusiyyətlərə malikdirlər. Yalan danışan adam qarşısındakı şəxsdən gözlərini qaçırır, baxışlarını sağa doğru çevirməsi isə onun hadisələri şişirtdiyindən xəbər verir. Dik durmamaq, baxışlarını aşağı salmaq və ya əli ilə alnına toxunmaq utancın göstəricisidir. Belə desək, insan yalan danışdığı anda utanmasa belə, bədəni onun əvəzinə utanır. Yalan danışan anda insan qarşısındakı şəxs arasında məsafə yaradıb geriyə doğru çəkilir. Yalan danışan insan tez-tez başını, burnunu qaşıyır və ya ağız nahiyəsinə toxunur. Danışan zaman bədənin müxtəlif nahiyəsinə toxunmaq, onu sığallamaq özünü sakitləşdirməyin göstəricisidir. Bu əksər zaman yalan danışarkən baş verir. Hər jesti də yalan kimi qiymətləndirmək olmaz. Ola bilər ki, o həmin anda hansısa düşüncənin altında olub.