Bin Ladenin dul arvadları və qızları sürgün edildi
27-04-2012, 12:25
Oxunub: 5 021
Pakistan hökuməti dünyanın sabiq “1 nömrəli terrorçusu” Usamə bin Ladenin 3 həyat yoldaşı və 2 qızını 45 günlük ev dustaqlığından sonra ölkədən sürgün edib.
Bolgexeber.com məlumatına görə, aprelin 27-də gecəyarısı bin Ladenin qohumları İslamabadda həbslərini çəkdikləri evdən mikroavtobusla çıxıblar.
Onların cəza müddəti 10 gün öncə başa çatıb. Hava limanının təhlükəsizlik xidmətindən bildirilib ki, ailə üzvlərini xüsusi təyyarə gözləyir. Bütün prosedur yekunlaşdıqdan sonra onlar ölkəni tərk edəcəklər.
“Əl-Qaidə”nın sabiq liderinin qohumları əvvəllər Pakistan ərazisində qanunsuz yaşamaqda ittiham olunurdular. Onun iki dul arvadı Səudiyyə Ərəbistanı vətəndaşıdır. Ailənin vəkili Əmir Xəlil deyib: “Bəli, onlar Səudiyyə Ərəbistanı yolundadırlar və yaxın vaxtda bu ölkəyə çatacaqlar”.
Qeyd edək ki, Usamə bin Laden 2011-ci il mayın 2-də Pakistanın Abbotadad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb. “Əl-Kaida” lideri burada bir neçə ilədək yaşayıb. Əməliyyat zamanı onun qohumları, o cümlədən, dul arvadları və uşaqları da saxlanılıb. Sonradan onlar Pakistan tərəfinə veriliblər.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər