BolgeXeber.Com » Dünya » Ukraynada mərhum Prezident Heydər Əliyevlə bağlı tədbir keçirilib

Ukraynada mərhum Prezident Heydər Əliyevlə bağlı tədbir keçirilib

9-05-2012, 00:05
Oxunub: 4 707




Ukraynanın Vinitsa Texniki Universitetində Ulu öndər Heydər Əliyevin doğum günü qeyd edilmişdir

Ukraynanın Vinitsa Texniki Universitetinin tələbələri üçün mayın 9-da Ulu öndərimizin doğum günü keçirilmişdir. Bu haqda məlumatı Universitetin 18 yaşlı Azərbaycanlı tələbəsi, tədbirin təşkilatçısı Samir Hüseynov məlumat verib. Tədbirdə Azərbaycan tarixi, milli-adət ənənələri, mədəniyyəti, musiqisi, və mətbəxi təbliq olunmuşdur. Azərbaycanlı tələbələr Ulu öndər haqqında, Onun Azərbaycan üçün gördüyü işlər barədə məlumat vermişdilər. Tədbirdə Azərbaycanlı tələbələrlə Universitetinin prefossor, müəllim və 15 fərqli millətlərdən olan tələbələri iştirak etmişlər. Tədbirdə Süleyman Süleymanlı və Samir Hüseynov çıxış edərək Azərbaycan tarixi milli adət-ənənələri və gül bayramı haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Samir Hüseynov cıxışında umumilli liderimizin Respublikamız üçün gördüyü işlərdən Ukrayna və Azərbaycan iqtisadi və mədəni əlaqələrinin möhkəmləndirilməsindən və bu ğün də Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu əlaqələrin və münasibətlərin davam etdirilirilməsindən söhbət açmışdır. Bu tədbir haqqında Universitetin nəşr etdiyi qəzetdə geniş şəkildə malumat dərc edilmişdir..