BolgeXeber.Com » Dünya » Avropaya at əti yedizdirən şirkət tapıldı

Avropaya at əti yedizdirən şirkət tapıldı

15-02-2013, 20:00
Oxunub: 3 424 At əti skandalıyla bağlı yeni detallar ortaya çıxıb. Etiket saxtakarlığının ünvanının Rumıniya deyil, Fransa olduğu məlum olub.

Bir Fransa firmasının Rumıniyadan aldığı at ətinin üstünə mal əti etiketi yapışdıraraq Avropaya satdığı aşkarlanıb.

Skandala səbəb olan firmanın ət istehsalı icazəsinin ləğv ediləcəyi açıqlanıb. Firma isə ittihamları rədd edib və etiketlərin yanlışlıqla dəyişdirildiyini iddia edib.

Skandalın yayıldığı 12 Avropa ölkəsindəki istintaqın eyni mərkəzdən idarə olunması üçün AB-nin polis təşkilatı "Europol"un dövrəyə girməsi gözlənilir.