BolgeXeber.Com » Dünya » Dünyanın ən hündür heykəli açıldı-VİDEO

Dünyanın ən hündür heykəli açıldı-VİDEO

31-10-2018, 12:50
Oxunub: 2 844 Dünyanın ən hündür heykəli açıldı-VİDEOHindistanın Qucarat ştatında dünyanın ən hündür abidəsi sayılan “Birlik” heykəlinin təntənəli açılışı olub.

Açılış mərasimi NDTV telekanalı vasitəsilə yayımlanıb.

Heykəltaraşlar abidə üzərində Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin ardıcıllarından biri olan Vallabxai Patelin obrazını əbədiləşdiriblər.

Abidənin hündürlüyü 182 metrdir. O, ABŞ-dakı “Azadlıq” heykəlindən (93 metr) təxminən 2 dəfə hündürdür.

Heykəlin hazırlanmasına 5 il əvvəl - 2013-cü il oktyabrın 31-də başlanılıb.

Rəsmi məlumatlara görə, layihənin icrasında 250 mühəndis və 3400 işçi çalışıb. Abidə ümumilikdə 430 milyon dollara başa gəlib.(oxu.az)