Cihazlar uşaqların inkişafına mane olur
17-06-2019, 09:14
Oxunub: 2 747
Britaniyanın "Barnardo's" xeyriyyə təşkilatı cihaz və sosial şəbəkələrin uşaqların inkişafı üçün ciddi təhlükə olduğunu açıqlayıb.
Təşkilatın hesabatına əsasən, cihaz və sosial şəbəkələrdən erkən istifadə asılılığa, həmçinin əsas sosial bacarıqların itməsinə gətirib çıxara bilər.
Bolgexeber.com ICTnews-a istinadən bildirir ki, "Barnardo's" təşkilatı valideynlərin öz azyaşlı uşaqlarının smartfon və planşetdən tez-tez istifadəsinə (məsələn, uşaqları darıxmağa qoymamaq üçün "YouTube"da onlara uşaq kanalları qoşurlar ) icazə verməsindən narahatdır. Ailə daxilində ünsiyyət azalır və bu, uşaqların psixi inkişafına mənfi təsir göstərir.
Digər problemlər daha çox böyük yaş qrupunda özünü büruzə verir. Yeniyetmələrin "Snapchat", "Instagram" və "Twitter" kim texnologiya və sosial şəbəkələrə həddən artıq bağlılığı narahatçılıq hissinin artmasına səbəb olur.
Buna baxmayaraq, "Barnardo's" təşkilatı internet və sosial şəbəkələrin yeniyetmələrə faydalı olduğunu da etiraf edir. Məsələn, şəbəkədə ünsiyyət sosial baxımdan təcrid olma hissini azalda bilər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə