BolgeXeber.Com » Dünya » Bostondakı hücumu çeçenlərin törətdiyi iddia edilir

Bostondakı hücumu çeçenlərin törətdiyi iddia edilir

20-04-2013, 09:35
Oxunub: 4 849 ABŞ-ın Boston şəhərindəki marafondakı partlayış səbəbilə axtarılan iki şübhəlidən biri öldürülüb, digərini yaxalamaq üçün isə genişmiqyaslı əməliyyat başlayıb.
Boston polisi çeçen mənşəli şübhəlilərin görüntülərini mediaya yayıb. Onlardan birinin 10 il əvvəl Türkiyədə olduğu müəyyənləşib. "NBC" kanalı Tamerlan Tsarnayevin başqa bir ölkədə bir il hərbi təlim keçdiyini və bu ölkənin Türkiyə olduğunu iddia edib. Lakin Türkiyənin daxili işlər naziri Müammər Gülər Tamerlan Tsarnayevin 2003-cü ildə Türkiyədə 10 gün qaldığını və bombaçıların Türkiyə ilə bir əlaqəsinin olmadığını bildirib.
Axtarışda olan Cövhər Trarnayevi yaxalamağa çalışan polis şəhər əhalisindən evlərindən çıxmamalarını istəyib. Axtarılan şübhəli isə internetdə "Siz qardaşımı öldürdünüz, hamınızı öldürəcəm" deyə mesaj yazıb.
Bolgexeber.com