BolgeXeber.Com » Dünya » Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

18-05-2022, 13:03
Oxunub: 4 152 Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 300 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 586 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 91 hava hücumundan müdafiə sistemi, 202 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 102 qanadlı raket, 2 137 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 441 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.