BolgeXeber.Com » Dünya » 163 saat sonra Türkiyədə möcüzə yaşandı

163 saat sonra Türkiyədə möcüzə yaşandı

13-02-2023, 09:19
Oxunub: 5 744

Bolgexeber.com xəbər verir ki, Türkiyədə zəlzələdən 163 saat sonra 62 yaşlı qadın Qaziantepdə dağıntılar altından xilas edilib.


Şırnak Çakırsöğüt Jandarma Komando Briqada Komandirliyi əsgərləri, Zonquldak mədənçiləri və Bursa xilasetmə qrupları 62 yaşlı Nazife Yılmazı Qaziantepdə dağıntılar altından xilas ediblər. Qadın xəstəxanaya aparılıb.


Güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir