BolgeXeber.Com » Dünya » Tarixdə bir ilk- Qəzzaya humanitar yardım maşını daxil oldu

Tarixdə bir ilk- Qəzzaya humanitar yardım maşını daxil oldu

24-11-2023, 18:26
Oxunub: 3 080

Bu gün Qəzzada atəşkəsin qüvvəyə minməsi ilə (Bakı vaxtı ilə saat 09:00-dan) yanacaq tankerləri də daxil olmaqla humanitar yardım daşıyan yük maşınları “Rəfah” keçidi vasitəsilə Fələstinin Qəzza zolağına daxil olmağa başlayıb.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı humanitar atəşkəs dövründə Qəzza zolağına gündəlik 200 yardım maşınının daxil olacağını bildirmişdi.

Bundan əlavə, HƏMAS-ın yaydığı açıqlamada qeyd olunur ki, bu gün yanacaq və qaz olan dörd yanacaq tankeri anklava daxil olacaq.