BolgeXeber.Com » Dünya » Moskvadakı terrorla bağlı VACİB AÇIQLAMA

Moskvadakı terrorla bağlı VACİB AÇIQLAMA

28-03-2024, 11:19
Oxunub: 656
Rusiyanın “Krokus Siti Holl”unda terror aktını törədənlər İŞİD-in Əfqanıstan qanadına aid olan və Tacikistan auditoriyası üçün işləyən “Xorasanın səsi” Teleqram kanalı vasitəsilə işə cəlb olunublar.

Bolgə.TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə vəziyyətlə tanış olan mənbə bildirib.
“İndi isə bu Teleqram kanalı mənbəyə məlum olmayan səbəbdən silinib. Bu kanal nə Rusiyadan, nə də Tacikistandan açılır”, - mənbə bildirib.
Qeyd olunur ki, FTX-nin səlahiyyətli zabitinin 2023-cü ilin fevralında verdiyi məlumata görə, “Xorasan Vilayəti”nin Əfqanıstanda aktivləşməsi Amerika kontingentinin getməsindən sonra ABŞ-ın bu ölkədə gizli əməliyyatlar həyata keçirməsi ilə üst-üstə düşüb. 2023-cü ilin oktyabrında FTX-nin direktoru Aleksandr Bortnikov MDB-nin cənub sərhədləri yaxınlığında Əfqanıstanda “sabitlik kəməri”nin yaradılmasında Amerika və Britaniya kəşfiyyat xidmətlərinin iştirakı barədə məlumat verib. Eyni zamanda o, “Xorasan Vilayəti”nin potensialını gücləndirdiyini və nəticədə Əfqanıstandan kənarda terror aktları həyata keçirə biləcəyini vurğulayıb.