BolgeXeber.Com » Dünya » Krım körpüsü bağlandı

Krım körpüsü bağlandı

3-06-2025, 16:57
Oxunub: 1 168
Krım körpüsündə nəqliyyatın hərəkəti obyektə hücum cəhdi ilə bağlı xəbərlər internetdə yayıldıqdan sonra bağlanıb.
Bolgə.tv xəbər verir ki, bu barədə Krım körpüsündə vəziyyəti izləyən "Telegram" kanalı məlumat yayıb.
"Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb", - məlumatda deyilir.
Körpüdə və baxış zonasında olan vətəndaşlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur.