Türkiyədə zəlzələ oldu
5-06-2025, 10:51
Oxunub: 920
Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunun Aralıq dənizi sahillərində 4 bal gücündə zəlzələ olub.
Bolgə.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 07:32-də (Bakı vaxtı ilə 08:32) baş verən zəlzələ yerin 67,26 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.