Əsas səhifə > BÖLGƏ TV > Yevlaxda qəbiristanlıqda qeyri-adi muzey – VİDEO

Yevlaxda qəbiristanlıqda qeyri-adi muzey – VİDEO


7-01-2017, 15:13
Yevlaxda qəbiristanlıqda qeyri-adi muzey – VİDEOQədim əşyalar, şəkillər və 8 müxtəlif şəhərin qəbirstanlığından gətirilən torpaq burada saxlanır

Yevlax rayonun Yədilli kəndində qəbiristanlıqda qeyri-adi muzey var. Rusiya, Ukrayna, Çexiya və digər ölkələrin məzarlıqlarından gətirilən torpaqlar şüşə qablara yığılaraq 50 ilə yaxındır saxlanır. Müzeydə, yaşayış məntəqəsinin tarixini əks etdirən kitablar, fotşəkillər hətta ərazidən tapılan çənə sümüyü də saxlanır.

Qədim əşyalar, şəkillər və 8 müxtəlif şəhərin qəbirstanlığından gətirilən torpaq burada saxlanır.

Çoxları üçün qəribə səslənsə də maraqlı muzey 50 ilə yaxındır fəaliyyət göstərir.

Marağa səbəb olan məkan Yevlax rayonun Yədilli kəndində yerləşir. Ötən əsrin 60-cı illərində İlyas Daşdəmirov tərəfindən yaradılıb. Yerli sakinlərin beynəlxalq müzey adlandırdıqları bina, görnüşü ilə də fərqlənir. Məkanın içəri və çöl hissəsindəki rəsmlər, büstlər ziyarətçilərin marağına səbəb olur. Məzarlıqda fəaliyyət göstərən müzeyə kənd sakini Dilarə Dadaşova 30 ildən artıqdır ki, həm bələdçilik həm də nəzarət edir.

Rusiya, Ukrayna, Çexiya və digər ölkələrin məzarlıqlarından gətirilən torpaqlar şüşə qablara yığılaraq 50 ilə yaxındır Yevlaxda saxlanır. 56 yaşlı bələdçinin sözlərinə görə, müzeyin yaradıcısı şəhərlərə gedərək oradan hər hansı qədim əşya deyil torpaq gətirib.

Yədilli kəndində yerləşən müzeydə, yaşayış məntəqəsinin tarixini əks etdirən kitablar, fotşəkillər hətta ərazidən tapılan çənə sümüyü də saxlanır. Qeyd edək ki, maraqlı məkanın Bakı-Qazax avtomagistralının yaxınlığında yerləşməsi xaricii turistlərində diqqətini çəkir.


Geri dön