Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
30-11-2023, 11:57
Oxunub: 47 400
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.
Bolgə.TV xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər.
Nazir müavini V.Nəsirli bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.
Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Müvafiq sərəncamla 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Bundan başqa, ost-müharibə dövründə 324, ötən dövr ərzində isə 7500-dən artıq avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə verilib.
Çox Oxunanlar
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 19-03-2025, 18:02 : Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
Siyasət
- 22-03-2025, 16:20 : Tanınmış türkiyəli aktrisa vəfat etdi
Şou-Biznes / Xəbərlər
- 29-03-2025, 17:52 : Tarixdə ikinci dəfə yaşandı
İdman / Xəbərlər
- 20-03-2025, 16:54 : Türkiyəli deputatlar dava saldı
Dünya / Xəbərlər
- 5-03-2025, 16:36 : Özcan Deniz prokurorluqda dindirildi
Şou-Biznes
- 5-03-2025, 14:52 : ÇL: Oyunları hansı kanallar yayımlayacaq?
İdman / Xəbərlər
- 6-03-2025, 13:26 : Ağadadaş Ağayevə hökm oxundu
Şou-Biznes / Xəbərlər
- 8-03-2025, 15:23 : Gənc futbolçu həyatını itirdi
İdman / Xəbərlər
- 10-03-2025, 15:44 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Təzəkənd kəndində keçirilib
Bölgə / Xəbərlər