XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Namiqlə Aygün arasında dava başladı

“Hamı bilir ki, özümü gələcək xanımımın hesabına heç vaxt reklam etmərəm.

Belə ucuz reklama ehtiyacım yoxdur. Amma son vaxtlar evlənməklə bağlı tez-tez fikirləşirəm. Seçdiyim var və o da bunu bilir. Yalnız onu deyə bilərəm ki, əvvəl istədiyim qızlarla müqayisədə indi ona daha bərk vurulmuşam”.
Bunu evlənməyə hazırlaşan populyar meyxanaçı Namiq Qaraçuxurlu özünə yeni sevgili tapdığını etiraf edən xalq artisti Aygün Kazımovaya cavabında bildirib. N.Qaraçuxurlu milli.az-a deyib ki, “Onu bağışlamaq olarmı” mahnısı konkret olaraq Aygünə ünvanlanmayıb: “Mahnı bəstələyəndə çalışıram ki, sözləri kimsəyə həsr olunmasın. Buna görə də yazır və silirəm. İndi də yazdığım və bəstələdiyim hər şey Aygünə aid deyil. Bu səbəbdən də mahnının adını dəyişib "Əlvida, dərdim, əlvida" qoydum. Düzü, Aygün xanımın bu mahnının onun barəsində olduğunu fikirləşdiyini düşünməzdim".
A.Kazımovanın “Namiq Qaraçuxurlu başqasının hesabına yaşayır” sözləri də meyxanaçını təbdən çıxarıb: “Bununla bağlı ümumi dostlarımıza zəng vurdum və onlar dedi ki, həmin sözlər zarafatdır. Amma bunu Aygün xanım ciddi deyibsə, daha mənim sözüm yoxdur. Hələlik hər şeyə dözürəm. Amma ona demək istərdim ki, adamların sonradan gülməməsi üçün hər şeyi efirdə belə təqdim etmək olmaz”.
Meyxanaçı daha sonra deyib ki, Aygünün sevdiyi adamın olmasına çox sevinir, dəvət olunarsa, onların toyunda məmnuniyyətlə çıxış edər.

Bölmə: Şou-Biznes | 04 sentyabr 2011 12:20





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: