"Yaxşi Cazibə" Bakıdadır
1-09-2011, 10:15
Oxunub: 7 070
Serialın Bakıda çəkiləcək seriyasında Nigar Camalı da rol alacaq
Türkiyənin sevilən, Azərbaycanda da çoxsaylı tamaşaçı auditoriyası olan “Yaxşi Cazibə” teleserialının yaradıcı heyəti bu gün Bakıya gəlib. Azərbaycana gələn 20 nəfərlik heyətdə “Yaxşı Cazibə” serialının ssenari müəllifi Gari Müjde, rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) da var.
Qeyd edək ki, “Yaxşı Cazibə”nin bir bölümü Azərbaycanda çəkiləcək. Çəkilişlər sentyabrın 1-i və 2-də baş tutacaq. Çəkilişlərin Bakıda Dənizkənarı Milli Parkda aparılması nəzərdə tutulur. Serialın Bakıda lentə alınacaq seriyasında Azərbaycana “Eurovision” birinciliyi gətirən Nigar Camalı da rol alacaq. O bu seriyada Cazibənin Bakıdakı rəfiqəsi rolunu canlandıracaq. “Yaxşı Cazibə”nin Azərbaycanda çəkiləcəyi seriyası Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq.
Səfər müddətində sentyabrın 1-də yaradıcı heyət, sevilən aktyorlar, eləcə də Məlahət Abbasova İctimai Televiziyanın “Səhər” proqramında qonaq olacaqlar. Sabah axşam isə “Yaxşı Cazibə” Azərbaycanın media mənsubları ilə görüşmək niyyətindədir. Yaradıcı qrup çəkilişlərdən dərhal sonra Türkiyəyə qayıdacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər