BolgeXeber.Com » Sosial » Bankomatdan 70 min manat oğurlandı

Bankomatdan 70 min manat oğurlandı

17-09-2011, 17:05
Oxunub: 5 317 Naməlum şəxs və yaxud şəxslər bankomatı qaynaq aparatı ilə açmağa müvəffəq olublar.

Bu gecə İsmayıllı rayonunun Basqal kəndində Azərbaycan Beynəlxalq Bankının bankomatı qarət olunub. Bolgexeber.com xəbər verir ki, ANS TV-nin məlumatına görə, naməlum şəxs və yaxud şəxslər bankomatı qaynaq aparatı ilə açmağa müvəffəq olublar. Bankomatdan 70 min 600 manat pul aparılıb.

Faktla bağlı İsmayılı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.