BolgeXeber.Com » Sosial » Polkovnik Baxış Ələkbərova qarşi 100 min manatliq ittiham

Polkovnik Baxış Ələkbərova qarşi 100 min manatliq ittiham

15-09-2011, 18:40
Oxunub: 5 133 Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərlə bağlı qalmaqallar səngimir.

Bu dəfə ittiham hədəfi Müdafiə Nazirliyinin işlər idarəsinin rəisi polkovnik Baxış Ələkbərovdur. Bolgexeber.com bildirir ki, “MilAz” İA-ya daxil olan məlumatlara görə, B.Ələkbərov bir iş adamından 100.000 (yüz min) AZN alaraq Müdafiə Nazirliyinin keçirdiyi tenderdə onun qalib olacağına kömək edəcəyini söz verib. Amma iş düzəlməyib və həmin iş adamı qalib olmayıb. Ona görə də həmin şəxs B.Ələkbərovdan pullarını geri tələb edib. “Lakin B.Ələkbərov pulları xərclədiyi üçün qaytara bilməyib. Belə olan təqdirdə iş adamı polkovnikin hərəkətlərindən şikayət verib”, - deyə mənbə bildirdi.

Məlumatda bildirilir ki, müdafiə naziri Səfər Əbiyev məsələ ilə əlaqədar araşdırma aparılmasına göstəriş verib. Araşdırmanın nazirliyin hüquq idarəsinin rəisi polkovnik Rauf Kişiyev tərəfindən aparıldığı bildirilir.

Məsələ ilə bağlı MN mətbuat xidmətinin mövqeyini öyrənməyə şalışdıq. Qurumun əməkdaş kapitan Teymur Abdullayev: “Belə bir şey yoxdu. Baxıçş müəllim məzuniyyətdədir” deməklə kifəyətləndi.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.