İsgəndərovların obyektlərinin söküntüsünə başlanıldı
21-09-2011, 16:30
Oxunub: 4 556
Bu yaxınlarda vəzifəsindən azad edilən Təhsil Nazirinin müavini İsgəndər İsgəndərovun Sumqayıtdakı obyektlərinin söküntüsünə başlanılıb.
Sumqayıt şəhər sakinlərinin Bolgexebercom-a verdiyi məlumata görə, sabiq müavinin gəlini işlədiyi 1N-li bağçadan çıxarılıb. Şəhər icra hakimiyyəti isə sənədlərin qaydasında olmadığını əsas gətirərək İ.İsgəndərovun qardaşı Zaman İsgəndərova məxsus “Cavid” ticarət mərkəzinin sökülməsi barədə tapşırıq verib. Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yerində Bayraq meydanının tikintisi planlaşdırılır. Söküntüsü barədə əmr verilən digər bir obyekt isə Sülh küçəsində yerləşən keçmiş müavinin oğlu Rüfət İsgəndərov məxsus “Eqzotika” bar-restoranıdır.
Verilən məlumata görə, iki mərtəbədən ibarət olan bar-restoranın 1-ci mərtəbəsi çayxana, ikinci mərtəbəsi isə bar kimi fəaliyyət göstərir. Bar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən sakinlərin narazılığı nəzərə alınaraq onu bağlasalar da sonradan açıblar. Lakin atasının vəzifədən azad olunmasından sonra obyektin sökülməsi barədə tapşırıq verilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər