Prokurorluq təbir keçirdi
19-09-2011, 16:45
Oxunub: 2 706

Bu gün Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək” layihəsinin başa çatması ilə əlaqədar yekun mərasim keçirilib.
Bolgexeber.com-un məlumatına görə, tədbirdə çıxış edən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib ki, adıçəkilən tvininq proqramı çərçivəsində Avropa İttifaqının ekspertləri ilə birlikdə 2009-cu ilin iyununda müvafiq müqavilə imzalanıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobiya bildirib ki, dünyanın bir çox ölkələrində korrupsiya faktları mövcuddur, lakin səviyyəsi ölkələrə görə dəyişir: “Problem ondan ibarətdir ki, rüşvət və korrupsiyanın sərhədi yoxdur. Biz Azərbaycan hökuməti ilə birgə işləyirik. Assosiativ müqavilə imzalanıb. Azərbaycan hökuməti təkliflərimizi qəbul edib, qaynar xətt yaradılıb. Bunun özü də demokratiyadır, lakin, bu, möcüzə aparatı deyil”.
Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanas isə qeyd edib ki, layihə gözlənilən nəticəni verib: “Bu həm bizim ölkələr üçün, həm də Avropa İttifaqının digər ölkələri üçün faydalı olacaq. Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsinə yönələn təkliflər irəli sürdük. Bu təkliflər çoxfunksiyalıdır və ölkələr arasında əlaqələri möhkəmləndirəcək”.
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət