Krım tatarlarının lideri siyasətdən getdi
8-11-2011, 13:20
Oxunub: 4 544
Ukrayna Ali Radasının deputatı, Krım-Tatar Xalq Məclisinin rəhbəri Mustafa Cəmil (Cəmilov) siyasi karyerasını başa vurduğunu açıqlayıb. Bolgexeber.com-un, “Kommersant-Uktayna” qəzetinə istinadən verdiyi məlumata görə, Cəmil parlament seçkisində iştirak etməyəcəyinə və Məclis rəhbəri postuna namizədliyini irəli sürməyəcəyinə söz verib. “Mən qocalmışam və gənclərə yol açmaq istəyirəm”. Cəmil bu bəyanatla Ukrayna prezidenti Viktor Yanukoviç tərəfindən Krımın yeni baş naziri postuna namizədin razılaşdırılmasından sonra çıxış edib. Qeyd edək ki, 1943-cü ilin noyabrında Krımda anadan olmuş Mustafa Cəmil əvvəllər də 2 dəfə - 2007-ci və 2009-cu illərdə Məclis rəhbərliyindən istefa verməyə cəhd edib. Lakin qurultay nümayəndələrinin çoxu onun istefasını qəbul etməyib. Onlar bildiriblər ki, Məclisin Nizamnaməsində səlahiyyətlərin könüllü təhvil verilməsi barədə bənd yoxdur. Lakin bu dəfə Cəmil qaydalardakı boşluğu tapıb: “Yeganə çıxış yolu qurultay nümayəndəliyinə namizədlik verməməkdir. Çünki sədri nümayəndələr arasından seçirlər”. Lakin o, söz verib ki, Məclisin növbəti sədrinə kömək edəcək. Mustafa Cəmil 1991-ci ildən Krım-Tatar Xalq Məclisinin sədri, 1998-ci ildən Ukrayna Ali Radasının deputatıdır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər