VİCDAN MƏHBUSU RAMİL USUBOVA MÜRACİƏT ETDİ
5-11-2011, 10:10
Oxunub: 2 426
Müsavat Gənclər Təşkilatının sədri, həbsdə olan vicdan məhbusu Tural Abbaslı daxili işlər naziri Rami Usubova müraciət göndərib. T.Abbaslı müraciətində ailəsinə olan təzyiqlərdən narahatlıq keçirdiyini bildirib. Vicdan məhbusu hesab edir ki, hüquq-mühafizə orqanlarının ailəsinə məxsus evin yerləşdiyi binada törədilən yanğın hadisələrinin araşdırılmaması siyasi ayrı-seçkiliyin nəticəsidir.
Müraciətdə deyilir: “Artıq dördüncü dəfədir ailəmin yaşadığı binanı yandırmağa cəhd göstərilib. Təəssüflər olsun ki, hüquq-mühafizə orqanları bir dəfə də olsun yanğın faktını araşdırmayıb. Bu, bir yana, nazirlik ümumiyyətlə, ortaya mövqe qoymayıb. Bu da ailəmin ətrafında baş verənlərin siyasi təzyiq olduğunu göstərir. Mən bütün bu hadisələri şəxsimə təzyiq kimi qiymətləndirirəm. DİN-dən və şəxsən Ramil Usubovdan tələb edirəm ki, ailəmin təhlükəsizliyini təmin etmək üçün xüsusi mühafizə ayırsın. Əks təqdirdə gələcəkdə ailəmə qarşı olacaq təxribatın məsuliyyətini Ramil Usubov və Azərbaycan hakimiyyətinin üzərinə düşəcəyini bəyan edirəm”.
Qeyd edək ki, T.Abbaslı İctimai Palatanın (İP) 2 aprel mitinqinə görə həbs olunub. Səbayel Rayon Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Siyasi məhbusun ailəsinin yaşadığı Səməd Vurğun-49 ünvanında yerləşən binada 4 dəfə yanğın törədilib. Bakı Şəhər İcra Hakimiyyəti T.Abbaslının anası Baxşıxanım Abbasovanı məhkəməyə verib
Musavat.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes