Çingiz Qənizadə məruzəçisi seçildi
20-12-2011, 15:50
Oxunub: 4 192
Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri Daimi Komissiyasının iclası keçirilir.
İclasda iştirak edən Azərbaycan parlamentinin deputatı Çingiz Qənizadənin mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, günün ilk yarısında türkdilli dövlətlərin parlamentlərinin konstitusion dövlət quruculuğunda yeri və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Azərbaycan nümayəndə heyəti adından Ç.Qənizadə çıxış edərək Azərbaycan Komstitusiyasında parlamentin yeri, parlamentin fəaliyyətinin əsasları, parlamentin formalaşması, onun səlahiyyətləri, qanun və qərarların qəbulu qaydası, parlamentin əldə etdiyi uğurlar, parlament diplomatiyası, parlamentin komissiya və komitələri haqqında məlumat verib: “Çingiz Qənizadə eyni zamanda təklif edib ki, TÜRKPA-nın Hüquq komissiyası Fransa senatında qondarma erməni soyqırımı ilə bağlı müzakirə olunan qanun layihəsinə etirazını bildirən qərar qəbul etsin. Eyni zamanda bu qərar beynəlxalq ictimaiyyətə, Fransanın müvafiq qurumlarına və mətbuata açıqlansın. Təklif komissiyanın digər üzvləri tərəfindən dəstəklənib”.
Qeyd edək ki, Ç.Qənizadə açıq səsvermə ilə 2012-ci ilin iyun ayında Bişkekdə keçiriləcək TÜRPA-nın üçüncü plenar sessiyasında Hüquq komissiyasının qəbul etdiyi təkliflər paketinin məruzəçisi seçilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər