Azərbaycan Britaniyada avtoritar ölkələr siyahısına salındı
19-12-2011, 15:35
Oxunub: 5 826
169 ölkə içərisində 140-cı yerdə dayandıq
“The Economist Intelligence Unit” (Britaniyanın Economist jurnalının analitik bölməsi) tədqiqat şirkəti "Dünya ölkələrinin demokratiya indeksi 2011-ci il" təqdim edib. Siyahıda göstərilən 167 ölkə arasında Azərbaycan 140-cı yeri tutub. Bütövlükdə, ötən il siyasi və iqtisadi qeyri-sabitlik, dünyanın bir çox hissəsində dramatik dəyişikliklər və sosial həyəcanların artması vurğulanmışdı. Bütün bu proseslər demokratiyaya əhəmiyyətli dərəcədə mənfi təsir göstərdi. Tədqiqatın müəllifləri bir daha təsdiqlədilər ki, dünyanın çox hissəsində demokratiya "stress yaşayır” və "güclü təzyiq altındadır".
Demokratiyanın indeksi dövlətin daxilində demokratiyanın səviyyəsini ölçür və ekspert qiymətləndirmələrinin metodologiyasına, həmçinin beş əsas kateqoriyada, 60 əsas göstərici vəziyyəti xarakterizə edən ictimai rəy sorğularının nəticələrinə əsaslandırılıb:
1. Seçki prosesi və plüralizm.
2. Hökumət fəaliyyəti.
3. Siyasi iştirak.
4. Siyasi mədəniyyət.
5. Vətəndaş azadlıqları.
Ekspert heyətinin kimlərdən təşkil olunduğu açıqlanmayan “Demokratiya indeksi” ölkələri aşağıdakı dörd tip hakimiyyət rejimlərinə görə ayırıb:
1. Tam demokratiya.
2. Natamam demokratiya.
3. Hibrid rejim.
4. Avtoritar rejim.
Ekspert rəyinə görə bu il ən demokratik ölkə Norveçdir. İlk onluğa həmçinin İslandiya, Danimarka, İsveçrə, Yeni Zenlandiya, Avstraliya, İsveç, Kanada, Finlandiya və Niderland daxildir.
Siyahıda Gürcüstan 102, Türkiyə 88, Ermənistan 111 yerdə hibrid rejimin hökm sürdüyü ölkələr kimi, İran 159, Rusiya 117, Azərbaycan 140-cı yerdə isə avtoritar ölkələr olaraq qruplaşdırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər