Dövlət Komitəsi də etiraf etdi: ərzaq bahalaşıb
14-04-2015, 12:27
Oxunub: 4 620
Bu ilin mart ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb
BOLGEXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.
Ay ərzində toyuq əti, yumurta, göyərtinin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, qarğıdalı və zeytun yağları, limon, portağal, naringi, banan, alma, armud, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kök, çuğundur, soğan, sarımsaq, kartof, spirtli içkilər, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Mart ayında qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqlar, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələri, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə