WizzAir Cahangir Əsgərovdan yeni təkliflər gözləyir
4-05-2015, 18:49
Oxunub: 3 469
Macarıstan-Polşa operatoru olan WizzAir şirkəti Bakıya uçuşların bərpası üçün aeroport vergi və rüsumları üzrə yeni təklifləri nəzərdən keçirməyə hazırdır.
WizzAir şirkətindən "Report"a bildiriblər ki, aprel ayında Azərbaycan hökuməti vergi və rüsumlara dair yeni təklifləri təqdim etmək niyyətində olduğunu açıqlayıb.
"2015-ci il üçün marşrut planını tərtib etdikdən sonra yeni təklifləri nəzərdən keçirə bilərik. Əgər aeroport vergi və rüsumları Azərbaycana büdcəli uçuşları həyata keçirməyə bizə imkan verərsə, qərar qəbul olunduğu zaman bu haqda məlumat veriləcək", - aviaşirkətdən deyilib.
Qeyd edək ki, aprel ayının sonlarında Macarıstanın xarici işlər və xarici siyasət naziri Piter Siyarto ilə Budapeştdə keçirilən görüş zamanı Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev iki ölkə paytaxtları arasında birbaşa reyslərin bərpa olunması ilə əlaqədar məsələni həll etmək göstərişi verib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər