BolgeXeber.Com » Ölkə » Əhəd Abıyevin dostu Daşkəsəndə ölkə sərvətlərini neçə dağıdır?

Əhəd Abıyevin dostu Daşkəsəndə ölkə sərvətlərini neçə dağıdır?

5-05-2015, 11:06
Oxunub: 3 346 Əhəd Abıyevin dostu Daşkəsəndə ölkə sərvətlərini neçə dağıdır?Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır

Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Verilən xəbərdə deyilir ki, Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.

Mənbə deyir ki, hətta mərkəzi kitabxananı özəlləşdirib və 200 kvadratmetri ələ keçirib. Onun “Range Rover” avtomobili, “CİP” markalı maşınları sıraya düzlənib.

Ə.Sadıqov haqda Tia.az-a daxil olan ən sensasion məlumat isə ondan ibarətdir ki, 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb. Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb.

İddialara görə, Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardna istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin də rolu var. Çünki Sadıqovla Abıyev sıx münasibətləri var. Araşdırmalar davam etdirəcəyik.