BolgeXeber.Com » Bölgə » Oliqarxlarla əlləşən bank müəllimin maaş kartına əl qoyub...

Oliqarxlarla əlləşən bank müəllimin maaş kartına əl qoyub...

28-05-2015, 11:30
Oxunub: 2 779 Oliqarxlarla əlləşən bank müəllimin maaş kartına əl qoyub...Xaçmazlı müəllim bankdan olimpiadaya gələn qonaqlara şikayət edəcək

«Quba rayon, Söhüb kənd orta məktəbinin müəllimi Əmir Muradova zamin durduğum üçün bu ilin yanvarından əmək haqqımı ala bilmirəm». Bu sözləri Jam.az-a Xaçmaz rayonunun Qorbuqıran kənd orta məkiəbinin müəllimi Söhrab Əmrahov yazıb.

O bildirib ki, Əmir Muradov Beynəlxalq Bankın yerli filialından kredit götürərkən, onu zamin tutub. Və bir müddətdən sonra pulu ödəməməyə başlayıb. Nəticədə, aylıq aldığı 150 manat maaşdan da olub. Və maaşı ondan elə bank tutmağa başlayıb. Çünki Beynəlxalq Bank onun 5 aydır maaşını özü götürür və əmək haqqı kartına da blok qoyub.

Söhrab Əmrahov yazır ki, dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, faydası olmayıb. «Beynəlxalq Bank mənə qarşı qanunlara zidd olaraq, məhkəməsiz, özbaşına verdiyi qərarla 5 aydır maaşımdan məhrum etməklə,hüquqlarımı pozub. Qaz pulu, işıq pulu və kreditlərimə görə məni hər gün narahat edirlər Maaş almadığım halda bunları nədən ödəməliyəm?»

Xaçmaz sakini vəziyyətdən çıxmaq üçün unikal yol da tapıb. «Zamin durduğum üçün mənə qarşı edilən haqsızlığa son qoyulmazsa, maaşım buraxılmazsa, məcburam Olimpiadaya xaricdən gələn qonaqlarla görüşüb, rast gəldiyim haqsızlıq barədə onlara məlumat verim».
BOLGEXEBER.COM