BolgeXeber.Com » Dünya » Ukraynada son durum necədir?

Ukraynada son durum necədir?

11-04-2024, 17:29
Oxunub: 2 296
Ukraynanın Xarkov şəhəri kütləvi raket hücumuna məruz qalıb. Şəhərə azı doqquz raket zərbəsinin endirildiyi bildirilir. 

Hazırda bu Xarkovda olan Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov ən son məlumatları çatdırıb. 
O bildirib ki, raket hücumlarının əsas hədəfi su elektrik stansiyalarıdır.
“Ümumiyyətlə, son bir ayda endirilən raket zərbələri nəticəsində Xarkovun, demək olar ki, 70 faizi işıqsız qalıb. Həmçinin internet və rabitə problemi də yaşanır”, - deyə jurnalist qeyd edib.
M.Aslanov əlavə edib ki, ötən gecə Xarkovla yanaşı, Kiyev, Lvov, Xmelnitsk, Zaporojye, Dnepropetrovsk, Odessa vilayətlərinə də raket hücumları olub:
“Gecə saatlarından başlayan hücumlar nəticəsində Ukrayna ərazisinə 40-a qədər raket zərbəsi endirilib”.