BolgeXeber.Com » Siyasət » “Artıq qoçuluq dövrü bitib”

“Artıq qoçuluq dövrü bitib”

27-01-2012, 14:25
Oxunub: 4 818 “30 ildir ABŞ-a neft satmırıq, Avropa Birliyinə də satmağa ehtiyac yoxdur”

Bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. O,müxtəlif layihələrin açılışına qatılmaq üçün səfər etdiyi Kerman şəhərindəki çıxışında İrana qarşı son sanksiya qərarlarını qiymətləndirib. Əhmədinejad Qərb ölkələrini İranın inkişafını istəməməkdə günahlandırıb. İranın təzyiqlərə boyun əymədən öz yoluna davam edəcəyini söyləyən İran prezidenti bildirib ki, İran bütün maneələrə qarşı dirənir. ABŞ-a 30 ildir neft satmamaqla heç nəyin dəyişmədiyini deyən Əhmədinejad qeyd edib ki, bir neçə Avropa ölkəsinə neft satmağa ehtiyac yoxdur: “Artıq qoçuluq dövrü bitib. İran xalqı ilə dostluq Qərb ölkələri üçün daha yaxşıdır. Qərb İran xalqını hədəf alır. İran xalqı uğurlu zirvələrini fəth etməyə və tarixdəki yerini tapmağa qərar verdiyi üçün Qərb ölkələri düşmənlik edir”.