Əməkdaşlarımız Hacıqabulun icra başçısınun qanunsuz əməlini aşkarladı
19-10-2010, 03:05
Oxunub: 6 775
İcra hakimiyyəti başçısının göstərişi ilə Hacıqabul dəmir yolu sahibkara satılıb
Hacıqabul rayon Nəvahi qəsəbəsində dəmiryol xətdində qazıntı işləri aparılır. Əməkdaşlarımızn müşahidələrinə gorə aparılan qazıntılar yük maşınlarına doldurularaq harasa aparılır. Daha sonra əməkdaşlarımızın oyrəndiyinə görə bu qazıntı rayon rəhbərliyi ilə münasibətləri yaxşı olan Xanoğlan adlı imkanlı şəxs üçün edilir.
Məsələ ilə bağlı Nəvahi qəsəbəsinin bələdiyyə sədirini danışdırsaq da heç bir cavab ala bilmədik. Daha sonra əlaqə saxladığımız Nəvai Dəmir Yol Stansiyasının rəisi Abbasov Məhəbbət bildirdiki, bəli onların bundan xəbəri var, amma qazıntı işini aparmaq üçün onlara heç bir məlumat verməyiblər. “Biz də bilirik ki, xəttin 11 metrliyində qazıntı işi aparmaq qanuna ziddir və bu cinayət hesab olunur. Ancaq bu məsələyə birbaşa məsul şəxs Fizuli müəllim cavabdehdir.”
Daha sonra münasibətini öyrəndiyimiz qəsəbənin icra nümayəndəsi bildirdiki, Xanoğlan müəllim imkanlı adamdır və o istədiyini edə bilər.
Onu da bildirək ki, bizim bu hadisəyə münasibət öyrənməyimiz qəsəbə rəhbərliyini çaxnaşmaya saldı. Və İcra Hakimiyyəti təcili olaraq məsəslə ilə bağlı addımlar atmağa başlayıb. Hərçənd bizim üçün də aydındır ki, sözügedən əməliyyatı aparan şəxslərə insanların həyatı maraqlı deyil. Görünür gözlərini pul tutmuş rayon məmurları insanların taleyini düşünməkdə çətinlik cəkirlər.
Düşünürük ki, hadisənin bu şəkildə davam etməsi mümkün deyil və hər halda məmur özbaşnalıqları ilə bağlı konkret bir ölçü götürüləcək.
Araşdırmamız davam edir./Bolgexeber.com/
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər